ABŞ-nin İrana ehtimal olunan hərbi müdaxiləsi barədə məlumatların gündəmə gəldiyi bir vaxtda Birləşmiş Ştatların İsraildəki səfiri Mayk Hakabi fevralın 27-də diplomatik missiyanın əməkdaşlarına müraciət ünvanlayıb. Diplomat tabeliyində olan şəxslərə yəhudi dövlətini tərk etməyi məsləhət görüb.
Moderator.az xəbər verir ki, bu baradə "The New York Times" (NYT) məlumat yayıb.
Xəbərdə deyilir ki, Hakabi sözügedən addımı ABŞ Dövlət Departamentinin rəhbər şəxsləri ilə ötən gecə baş tutan müzakirələrdən sonra atıb. Səfir ölkədən çıxış və səyahətlər üçün "Ben Qurion" hava limanının imkanlarından yararlanmağı tövsiyə edib:
"Təşvişə düşməyə lüzum yoxdur, lakin ölkədən getmək niyyətində olanlar səfərlərini ən qısa zamanda planlaşdırmalıdırlar".
Fevralın 27-də ABŞ-nin İsraildəki səfirliyinin rəsmi açıqlamasında qeyd olunub ki, Dövlət Departamenti missiya əməkdaşları və diplomatların ailələrinin ölkəni tərk etməsinə icazə verilib.