18:14
5°C
Bakı
Ukraynada sülhməramlı missiyaya qoşulacaq Böyük Britaniya və Fransadan olan hərbçilər birgə təlimlər keçiriblər.
Moderator.az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb.
Hər iki ölkənin paraşütçüləri, desantları hazırlıqları tamamlayıblar.
Təlimlər Ukraynadakı münaqişənin dördüncü ildönümünə həsr olunub.
Qeyd edək ki, bir müddət öncə Avropa liderlərin görüşündə "könüllülər koalisiyası"nın üzvü olan ölkələr atəşkəsdən sonra Ukraynaya qoşun göndərməklə təhlükəsizliyi təmin edəcəklərini bildiriblər.
Rusiya isə NATO qüvvələrinin Ukrayna ərazisinə girməsinə etiraz edir.