Zelenski münasibətləri müzakirə etmək üçün Fitsonu Ukraynaya dəvət edib
Dünya
59
17:10, Bu gün

Zelenski münasibətləri müzakirə etmək üçün Fitsonu Ukraynaya dəvət edib

Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Məlumata görə, Zelenski Slovakiya Baş nazirini mövcud məsələləri müzakirə etmək üçün Ukraynaya səfərə dəvət edib.

Qeyd edək ki, Kiyevlə Bratislava arasında münasibətlər Ukraynaya hərbi yardım və enerji əməkdaşlığı ilə bağlı fikir ayrılıqları fonunda gərgin olaraq qalır. Söhbət 2026-cı ilin yanvarında “Drujba” neft kəməri ilə Ukrayna ərazisindən Rusiya neftinin tədarükünün dayandırılmasından gedir. Belə ki, Slovakiya və Macarıstan Kiyevi məsələnin həllini gecikdirməkdə ittiham edirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər