Pakistan ordusu itkilərin sayını açıqladı
Dünya
99
16:50, Bu gün

Pakistan ordusu itkilərin sayını açıqladı

Pakistanla sərhəddəki münaqişədə Əfqanıstan ordusunun azı 274 hərbçisi həlak olub, 400-dən çoxu yaralanıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ahmed Çaudxri məlumat verib.

Onun sözlərinə görə, Pakistan ordusu, həmçinin Əfqanıstanın 73 hərbi postunu məhv edib, daha 18-ni nəzarətə götürüb.

Bundan əlavə, Əfqanıstanın tanklar, artilleriya və zirehli transportyorlar da daxil olmaqla 115-dən çox hərbi texnikasına ziyan dəyib.

"Münaqişə zamanı Pakistan ordusu 12 hərbçisini itirib. Daha 27 hərbçi yaralanıb, bir nəfər isə itkin düşüb. "Taliban" qüvvələri Əfqanıstan-Pakistan sərhəd zonasında yerləşən 53 yaşayış məntəqəsini atəşə tutub", - deyə Pakistan ordusunun rəsmisi bildirib.

Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi isə bildirib ki, ölkəsi Əfqanıstanın hücumlarına cavab olaraq hərbi əməliyyatlarını davam etdirir:

"Bəli, əməliyyatları davam etdiririk, çünki onlar bizə qarşı hücuma keçiblər. Pakistan heç vaxt Əfqanıstana qarşı nüvə silahından istifadə etməyəcək. Bu, mümkün deyil. Biz heç bir ölkəyə qarşı, istənilən şəraitdə nüvə silahından istifadə etməyəcəyik".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər