Ermənistan Təhlükəsizlik Şurası hibrid təhdidlərə qarşı mübarizəni müzakirə edib
Dünya
29
16:40, Bu gün

Ermənistan Təhlükəsizlik Şurası hibrid təhdidlərə qarşı mübarizəni müzakirə edib

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının Ofisindən bildirilib.

Təhlükəsizlik Şurasının üzvlərindən başqa, iclasda Prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyan da iştirak edib.

İclasda Ermənistan ordusunda islahatlar, Ermənistana qarşı istifadə edilən hibrid təhdidlərə qarşı mübarizə tədbirləri və digər məsələlər müzakirə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər