Rusiya bu cinayətkarları öz ölkəsinə verməyəcək - Qanun
Dünya
42
23:35, Bu gün

Rusiya bu cinayətkarları öz ölkəsinə verməyəcək - Qanun

Rusiya Dövlət Dumasının Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və ya Rusiya tərəfdə hərbi əməliyyatlarda iştirak etmiş əcnəbilərin ekstradisiyasını qadağan etməsi diqqəti cəlb edib. Yeni qanuna görə, Rusiya Federasiyasında hərbi xidmət keçən xarici vətəndaşlar başqa dövlətlərə verilməyəcək.

Moderator.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Belə çıxır ki, hansısa dövlətdə cinayət törədib Rusiyaya qaçan və Ukraynaya qarşı müharibədə iştirak edən şəxs cəzasız qalacaq. Bu qanun həm də Rusiyada çalışan miqrantları müharibədə iştiraka şirnikləndirmək məqsədi daşıyır”, - o vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər