Bəqai: İran ilə ABŞ nüvə proqramı və sanksiyaların ləğvini müzakirə edir
Dünya
33
23:00, Bu gün

Bəqai: İran ilə ABŞ nüvə proqramı və sanksiyaların ləğvini müzakirə edir

İran ilə ABŞ-nin nüvə proqramı və sanksiyaların ləğvi üzrə intensiv danışıqları davam edir.

Moderator.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bildirib.

"Hər hansı bir razılaşma ilk növbədə ədalətsiz sanksiyaların ləğvini təmin etməlidir", - XİN-in mətbuat katibi deyib.

Bəqai vurğulayıb ki, müzakirələr Omanın xarici işlər naziri Bədr əl-Busaidi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossinin iştirakı ilə çox ciddi və intensiv şəkildə aparılır. Onun sözlərinə görə, hər iki nümayəndə heyəti mövqelərini ölkə rəhbərlikləri ilə razılaşdırdığı üçün danışıqlarda fasilələr yaranır.

Danışıqlar bu gün axşam bərpa olunacaq və hər iki tərəf bugünkü sessiya zamanı hazırlanmış təkliflərin müzakirəsini davam etdirmək niyyətindədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər