Migel Dias-Kanel: Kuba istənilən təcavüzdən qətiyyətlə müdafiə olunacaq
Dünya
100
22:57, Bu gün

Migel Dias-Kanel: Kuba istənilən təcavüzdən qətiyyətlə müdafiə olunacaq

Kuba öz suverenliyini hər hansı terrorçu və muzdlu təcavüzdən qətiyyətlə qorumaq niyyətindədir.

Moderator.az xəbər verir ki, bu barədə Kuba Prezidenti Migel Dias-Kanel "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, ada heç kimə hücum etmir və heç kimi hədələmir.

"Kuba öz suverenliyinin və milli sabitliyin pozulmasına yönəlmiş istənilən terrorçu və muzdlu təcavüzündən qətiyyətlə və əzmlə müdafiə olunacaq", - o yazıb.

Qeyd edək ki, fevralın 25-də Floridada qeydiyyatda olan kater Kubanın ərazi sularına daxil olub. Kuba sərhədçiləri yaxınlaşarkən katerin heyəti atəş açıb. Nəticədə gəmidəki dörd nəfər öldürülüb, daha altı nəfər yaralanıb. Həmçinin Kuba sərhəd xidmətinin əməkdaşı xəsarət alıb.

Kuba Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar terror aktı törətməyi planlaşdırırdılar. Florida Prokurorluğu faktla bağlı ayrıca araşdırmaya başlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər