FTB rəhbəri Tramp işi üzrə istintaqda iştirak edən 10-a yaxın əməkdaşı işdən çıxarıb
Dünya
94
22:50, Bu gün

FTB rəhbəri Tramp işi üzrə istintaqda iştirak edən 10-a yaxın əməkdaşı işdən çıxarıb

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel ölkə Prezidenti Donald Trampın Ağ Evə rəhbərlik etdiyi dövrlərdə məxfi sənədlər saxlaması işi üzrə araşdırmada iştirak edən azı 10 əməkdaşı işdən çıxarıb.

Moderator.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.

Bildirilib ki, azı 10 nəfər istefaya göndərilib. Onlar ABŞ-nin xüsusi prokuroru Cek Smitin rəhbərlik etdiyi və Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsində məxfi sənədlərin saxlanması işi üzrə istintaqın iştirakçıları olublar.

FTB-nin Həmkarlar İttifaqının əməkdaşları Patelin qərarını pisləyib və baş verənləri qanunsuz işdən çıxarma kimi xarakterizə edib. Onların fikrincə, FTB rəhbərinin addımı şəxsi heyətin əmək hüquqlarını pozur. Həmkarlar İttifaqının iddiasına görə, Patel büronu zəiflədir, tabelikdə olanların işinin sabitliyini pozur və onların rəhbərliyə inamını sarsıdır.

"Reuters" informasiya agentliyinin çərşənbə günü verdiyi məlumata görə, ABŞ-nin əvvəlki Prezidenti Co Baydenin dövründə FTB Trampın ətrafında olan ən yaxın iki şəxsin telefon zəngləri barədə məlumat toplayıb. Söhbət Keş Pateldən, eləcə də hazırda Ağ Ev aparatının rəhbəri olan Syuzan Uaylsdan gedir. "FTB-nin əvvəlki rəhbərliyinin hər hansı nəzarətdən yayınmaq üçün uydurma bəhanələrlə məhkəmə vasitəsilə gizli şəkildə mənim və Syuzan Uaylsın telefon zəngləri barədə məlumat tələb etməsi qəzəb və dərin narahatlıq doğurur", - Patel agentliyə bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər