22:57
8°C
Bakı
ABŞ və İran arasında danışıqların növbəti raundu başa çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X"dəki hesabında məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub: "Müvafiq paytaxtlarda məsləhətləşmələrdən sonra tezliklə danışıqlara davam edəcəyik. Texniki səviyyədə müzakirələr gələn həftə Vyanada keçiriləcək".
Bədr əl-Busaidi paylaşımının sonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) və ev sahibliyi etdiyi üçün İsçevçrəyə təşəkkür edib.