22:39
8°C
Bakı
İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi "Müqəddəs mübarizə" hərəkatının tərəfdarı və parlamentin "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyanın ev dustaqlığı müddətinin daha üç ay uzadılması barədə qərar qəbul edib.
Moderator.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
A.Sarkisyan 2025-ci il iyulun 9-dan həbsdə saxlanılırdı. 2025-ci il dekabrın 1-də o, ev dustaqlığına köçürülüb və 4 dekabr tarixli qərarla bu müddət 8 mart 2026-cı ilə qədər uzadılmışdı.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, "Müqəddəs mübarizə" hərəkatının iştirakçıları və lideri ölkədə terror aktları törətməyi və hakimiyyətin ələ keçirilməsinə yönəlmiş hərəkətlər həyata keçirməyi planlaşdırıblar.