Fransanın təyyarədaşıyan gəmisinə doğru uçan dron zərərsizləşdirilib
Dünya
24
22:05, Bu gün

Fransanın təyyarədaşıyan gəmisinə doğru uçan dron zərərsizləşdirilib

Fransa Silahlı Qüvvələri "Şarl de Qoll" təyyarədaşıyan gəmisinə doğru uçan PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə LCI telekanalı Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə İsveç sahillərində, Malmö şəhəri yaxınlığında baş verib. Fransa hərbçiləri dronun İsveç Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyini və elektron əks-tədbir sistemini işə saldığını açıqlayıb.

Dronun qalıqları hələ tapılmayıb və hansı ölkəyə aid olması ilə bağlı heç bir məlumat yoxdur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər