22:23
8°C
Bakı
Əfqanıstanın altı həmsərhəd əyalətində Pakistan və Əfqanıstan hərbçiləri arasında silahlı toqquşmalar başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "TOLO News" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iki ölkənin hərbçiləri Nanqarhar, Nuristan, Kunar, Xost, Paktia və Paktika əyalətlərində atışmaya başlayıblar. Döyüşlər Durand xətti yaxınlığında gedir.
Hər iki tərəfdən mümkün itkilər barədə məlumat daxil olmayıb.