Aİ səfirləri Avropanı
Dünya
46
21:30, Bu gün

Aİ səfirləri Avropanı "bunker"dən gizlicə idarə edirlər

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri müasir dövrün çağırışlarının artması ilə əlaqədar Brüsseldə yerləşən "bunker"də daha tez-tez görüşməyə başlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Qeyd olunur ki, "bunker" müşahidə və ya dinləmə imkanlarını istisna etmək məqsədilə xüsusi şəkildə layihələndirilib. Nəşrin yazdığına görə, Aİ üzvləri burada sürətləndirilmiş prosedur qaydasında qərarlar qəbul edir və müasir dövrün ən ciddi çağırışlarına operativ reaksiya verə bilirlər.

Bildirilib ki, "Coreper II" (ing. Committee of Permanent Representatives - Daimi Nümayəndələr Komitəsi) kimi tanınan diplomatlar qrupu Aİ-nin özü qədər uzun müddətdir fəaliyyət göstərir.

Qrupun Avropa Komissiyasının güclənməsinə qarşı institusional tarazlıq yaratmaq məqsədilə qərar qəbuletmə səlahiyyətlərini tədricən genişləndirdiyi qeyd olunur. Məhz "Coreper II" Aİ-nin daha yüksək səviyyəsində razılaşdırılan qərarların hazırlanmasında əsas rol oynayır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər