Ermənistan Polşa ilə hərbi əməkdaşlıq sazişi imzalayıb
Dünya
42
19:17, Bu gün

Ermənistan Polşa ilə hərbi əməkdaşlıq sazişi imzalayıb

Ermənistan Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin Varşavaya rəsmi səfəri çərçivəsində Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq üzrə saziş imzalanıb.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, sənədi Ermənistanın xarici işlər Naziri Ararat Mirzoyan və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış imzalayıb.

Qeyd edək ki, Polşa 1999-cu ildən etibarən NATO-nun üzvüdür və alyansın kollektiv müdafiə və hərbi-texniki əməkdaşlıq sahəsindəki təşəbbüslərində fəal iştirak edir. Ermənistan isə öz növbəsində, bir sıra postsovet ölkələrini birləşdirən hərbi-siyasi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər