Avropanın enerji infrastrukturuna qarşı təhlükə: İsveç polisi yüksək hazırlıq vəziyyətində
Dünya
54
19:05, Bu gün

Avropanın enerji infrastrukturuna qarşı təhlükə: İsveç polisi yüksək hazırlıq vəziyyətində

"Xarici güc tərəfindən ciddi təhlükə Şimali Avropa ölkələrinin enerji infrastrukturuna yönəlib. İsveçdə bir neçə qurum və polis bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib".

Moderator.az xəbər verir ki, bu barədə İsveçin "TV4 Nyheterna" kanalı özəl mənbələrinə istinadən məlumat yayıb.

Əldə edilən məlumatlara görə, təhlükənin arxasında xarici dövlətlə əlaqəli hər hansı bir subyektin olub-olmadığını müəyyən etmək məqsədilə araşdırma aparılır.

Ehtimal olunur ki, zərbə yaxın zamanda endirilə bilər.

Telekanal bəyan edib ki, İsveçin bir neçə qurumu beynəlxalq tərəfdaşlarla birlikdə bu məsələ üzərində fəal şəkildə çalışır. İsveçdə polisə enerji təchizatı ilə bağlı mühüm hadisələri izləmək əmri verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər