Türkiyə ABŞ-nin hücumu halında İrana daxil olacaq?
Dünya
53
18:25, Bu gün

Türkiyə ABŞ-nin hücumu halında İrana daxil olacaq?

Türkiyə Müdafiə Nazirliyi bəzi xarici KİV-in ABŞ tərəfindən hücum ediləcəyi təqdirdə Türkiyənin İran ərazisinə daxil olacağı planları barədə iddialarını təkzib edib.

Moderator.az-ın İHA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk nazirliyin həftəlik mətbuat brifinqində çıxışı zamanı məlumat verib.

"ABŞ-nin İrana hücumu halında Türkiyənin təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığına dair iddialar həqiqəti əks etdirmir", - deyə Zeki Aktürk bildirib.

Qeyd edək ki, daha əvvəl Qərb KİV-də yayılan xəbərlərdə İran və ABŞ arasında münaqişənin gərginləşməsi halında Ankaranın İran ərazisində bufer zonasının yaradılması üzrə planlar hazırladığı iddia edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər