18:42
9°C
Bakı
Rusiya Dövlət Duması Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və ya Rusiya tərəfdə hərbi əməliyyatlarda iştirak etmiş əcnəbilərin ekstradisiyasını qadağan edib.
Moderator.az xəbər verir ki, qəbul olunan qanuna görə, Rusiya Federasiyasında hərbi xidmət keçən xarici vətəndaşlar başqa dövlətlərə verilməyəcək.
“Bundan əlavə, Rusiya ordusunda müqavilə əsasında hərbi xidmət keçən və ya keçmiş belə vətəndaşlara münasibətdə onların deportasiyası, readmissiyası və ya Rusiya Federasiyasında qalmasının arzuolunmazlığı barədə qərarların qəbul edilməsinin qadağan edilməsi nəzərdə tutulur”, - Rusiya Dövlət Dumasının saytında yerləşdirilən məlumatda bildirilib.