Ziyafətdə öldürülən narkobaron
Dünya
51
18:07, Bu gün

Ziyafətdə öldürülən narkobaron "El Menço"nun GİZLİ HƏYATI

Meksikada öldürülən "El Menço" ləqəbli narkobaronu sağlığında təxminən 400 nəfər yaxşı təlim keçmiş döyüşçü qoruyurmuş.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Los Angeles Times" nəşri məlumat verib.

Bildirilib ki, "Xalisko Yeni Nəsil" kartelinin lideri xüsusi təyinatlı qüvvələr modelində təhlükəsizlik sistemi qurubmuş.

Nəşr bildirib ki, cani pulemyotlar və raket qurğuları ilə təchiz olunmuş zirehli maşın kolonunun müşayiəti ilə səyahət edirmiş. Mühafizəçilər səfərlər zamanı həmçinin bomba atılması üçün dronlardan istifadə ediblər, yolları minalayıblar, "boss"un ətrafında bir neçə müdafiə halqası yaradıblar.

Qəzetin mənbələri qeyd edirlər ki, narkobaron böyrək çatışmazlığından əziyyət çəkib, gündəlik dializə ehtiyacı olub. Bu xəstəliyi onun hərəkətlərini məhdudlaşdırırmış.

Buna baxmayaraq, "El Menço" o qədər gizli həyat tərzi sürürdü ki, məhdud sayda insan onun həyatda necə göründüyünü bilirdi.

Məhvi ərəfəsində onun olduğu evdə ziyafət təşkil edilibmiş.

Federal Təhqiqatlar Bürosunun keçmiş agenti Arturo Fontes ehtimal edir ki, həmin gün "lider" "təhlükəsizlik çətiri"ndə olmayıb. Buna görə də narkobaronun azsaylı mühafizəçiləri hərbçiləri dəf edə bilməyiblər.

Əməliyyat zamanı səkkiz mühafizəçi öldürülüb, narkobaronun özü isə xəstəxanaya aparılarkən aldığı yaralardan həyatını itirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər