18:02
9°C
Bakı
Bu gün Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşündə Ukraynanın bərpası mexanizmləri, Rusiya Federasiyası ilə üçtərəfli görüşə hazırlıq və əsirlərin mübadiləsi müzakirə ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov “X”-də yazıb.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti artıq Cenevrəyə gəlib.
ABŞ nümayəndə heyətinə Stiv Uitkoff və Cared Kuşner, Ukrayna nümayəndə heyətinə isə Umerovdan başqa David Araxamiya, Oleksiy Sobolev və Darina Marçak daxildir.