ABŞ-nin ən böyük aviadaşıyıcı gəmisi İrana yaxınlaşır - Geniş hərbi plan iddiası
Dünya
43
17:30, Bu gün

ABŞ-nin ən böyük aviadaşıyıcı gəmisi İrana yaxınlaşır - Geniş hərbi plan iddiası

"USS Gerald R. Ford" aviadaşıyıcı gəmisi ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin Krit adasındakı bazasından Aralıq dənizinin şərq hissəsinə doğru istiqamət götürüb.

Moderator.az xəbər verir ki, bu barədə "Proto Thema" nəşri məlumat yayıb.

Məlumata görə, dünyanın ən böyük aviadaşıyıcı gəmisinin ABŞ-nin böyük hərbi əməliyyatının bir hissəsi olaraq Yaxın Şərqə tərəf irəlilədiyi bildirilir.

Bu ayın əvvəlində ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları nəzərdən keçirərək, Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupunun göndərilməsini əmr etmişdi. Nəşr qeyd edir ki, "USS Gerald R. Ford"un Kritdən yola düşməsi ABŞ-nin bölgədə geniş hərbi planlarının bir hissəsidir.

Qeyd olunur ki, adada həmçinin "F-35" və "A-10" kimi çoxsaylı ABŞ hərbi təyyarələri də yerləşir.

Məlumata görə, "USS Gerald R. Ford" ABŞ Hərbi Dəniz Qüvvələrinin öz tipində ən böyük və ən texnoloji cəhətdən inkişaf etmiş gəmisidir. 2009-cu ildə hazırlanan və 2013-cü ildə suya salınan gəmi 2017-ci ildə istifadəyə verilib. Onun uzunluğu 337 metrdir və sürəti 30 uzeldən (saatda 56 km) çoxdur. Gəmi müxtəlif tipli 75-dən çox təyyarə daşıya bilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər