Atasının etirazına baxmayaraq, gənc qıza ölüm haqqı verildi
Dünya
55
17:25, Bu gün

Atasının etirazına baxmayaraq, gənc qıza ölüm haqqı verildi

İspaniya məhkəməsi evtanaziya olunmasını istəyən 25 yaşlı iflic xəstəsi olan qızın atasının iddiasını rədd edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat verib.

İspaniyada evtanaziya 2021-ci ilin iyun ayından bəri qanunidir. Artıq ölkənin yüzlərlə sakini həyatdan könüllü şəkildə getmək üçün bu vasitəyə müraciət ediblər. Belə bir hal 25 yaşlı qızın da başına gəlib. Atası qızını evtanaziyadan xilas etmək üçün İspaniya Konstitusiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Lakin iddia rədd edilib.

Agentliyin məlumatına görə, gənc qız 2022-ci ilin oktyabrında ağır xəsarətlər alıb və nəticədə belindən aşağı iflic vəziyyətinə düşüb. O, üç ildən çoxdur ki, aşağı əzaların iflici ilə yaşayır və bu illər ərzində dəfələrlə intihara cəhd edib. Tibbi hesabatlara görə, xəstə xroniki ağrılar hiss edir, vəziyyətinin yaxşılaşması üçün isə hər hansı perspektiv yoxdur.

Nəticədə Kataloniya komissiyası qızın həyatdan getmək hüququnu təsdiqləyib.

Atanın versiyasına görə, qızı psixi problemlər səbəbindən şüurlu qərar qəbul edə bilmir.

Məhkəmənin qərarından sonra atanın nümayəndələri apellyasiya şikayəti vermək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətlərini açıqlayıblar.

Qeyd edək ki, 2021-ci ildə İspaniya xəstələr üçün evtanaziyanı qanuniləşdirən dördüncü Avropa İttifaqı (Aİ) ölkəsi olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər