Suriya hökumət qüvvələri və druzlar əsir mübadiləsi aparıb
Dünya
25
17:02, Bu gün

Suriya hökumət qüvvələri və druzlar əsir mübadiləsi aparıb

Suriya hökuməti və druzlar arasında əsir mübadiləsi baş tutub.

Moderator.az “The Times of Israel”ə istinadən xəbər verir ki, Suriya 61 nəfəri qarşı tərəfə təhvil verib.

Druzlar isə öz növbəsində 25 nəfəri Suriya hökumət qüvvələrinə qaytarıb.

Əsir mübadiləsi Beynəlxalq Qızıl Xaç Komitəsinin nəzarəti altında həyata keçirilib.

Bu, tərəflər arasında ilk əsir mübadiləsidir.

Qeyd edək ki, ötən ilin yay aylarında druzlar və bədəvi qəbilələr arasında qarşıdurmalar yaşanıb. Suriya hökumətinin hadisələrə müdaxilə etməsi hökumət qüvvələri ilə druzlar arasında toqquşmalara səbəb olub. Nəticədə hər iki tərəfdən itkilər olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər