Məşhur narkobaron
Dünya
38
16:00, Bu gün

Məşhur narkobaron "El Menço"nu sevgilisi ələ verib?

"El Menço" ləqəbi ilə tanınan "Xalisko Yeni Nəsil" narkokartelinin başçısı Nemesio Ruben Osequera Servantesin meksikalı sevgilisi, model Mariya Xulissa narkobaronun yerinin tapılmasında hakimiyyət orqanlarına kömək etdiyinə dair ittihamları rədd edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Daily Star" nəşri məlumat verib.

Məlumata görə, Mariya Xulissa bununla bağlı videomüraciət lentə alıb və saxta məlumatlara inanmamağa çağırıb.

"Mən tamamilə aydın şəkildə bəyan etmək istəyirəm ki, bu məsələyə heç bir aidiyyətim yoxdur", - deyə qadın bildirib.

Xatırladaq ki, fevralın 22-də Meksika hərbçiləri "Xalisko Yeni Nəsil" (CJNG) narkokartelinin qurucusu və lideri, "El Menço" kimi tanınan Nemesio Ruben Osequera Servantesi məhv ediblər. Meksika KİV iddia edirdi ki, onun qətlində 30 yaşlı model Maria Xulissanın əli var. Onların məlumatına görə, qadın narkobaronun gizli sevgilisi olub və onu hakimiyyət orqanlarına təslim edib. Həmçinin hökumət orqanları həmin qadından və narkobaronun yaxın çevrəsindən olan bəzi şəxslərdən alınan məlumatlara əsaslandıqlarını bildiriblər.

"El Menço"nun ölümündən sonra kartelin mümkün üzvləri Mariya Xulissaya qarşı təhdidlər səsləndiriblər. Onların mesajında ​​bildirilirdi ki, qadın "onu bəsləyən əli dişləyib" və mesajın sonunda da "CJNG" imzası dayanırdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər