KİV: Buzların əriməsi imperator pinqvinlərini məhv təhlükəsi ilə üz-üzə qoyur
Dünya
97
08:36, Bu gün

KİV: Buzların əriməsi imperator pinqvinlərini məhv təhlükəsi ilə üz-üzə qoyur

İqlim dəyişiklikləri nəticəsində buzlaqların sürətlə əriməsi Antarktidada yaşayan imperator pinqvinlərinin populyasiyasına ciddi təhlükə yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Britaniya Antarktika Xidmətinin araşdırmasına istinadən məlumat yayıb.
 
Yeddi il davam etmiş peyk müşahidələrinin təhlili koloniyaların sayında kəskin azalma olduğunu göstərib. 2022-ci ildə 100-dən çox kiçik qrup qeydə alındığı halda, 2025-ci ildə eyni ərazidə onların sayı cəmi 25 olub.
 
Mütəxəssislər bildirirlər ki, sahil buzlarının vaxtından əvvəl əriməsi pinqvinləri tükdəyişmə prosesi başa çatmadan okeana girməyə məcbur edir. Nəticədə onlar soyuqdan tələf olur və yırtıcılardan qoruna bilmirlər. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər