Dünya
75
21:45, Bu gün

"Bill Geyts Epşteynlə əlaqələri və rus qadınları ilə xəyanətini etiraf edib" - "The Wall Street Journal"

 "Mən öz səhvim ucbatından bu hekayətə cəlb olunanlardan üzr istəyirəm..."

"Microsoft"un təsisçisi və dünyanın ən nüfuzlu xeyriyyəçilərindən biri Bİll Geyts "Gates Foundation" fondunun işçiləri qarşısında keçirilən toplantıda uzun illər səssiz qaldığı şəxsi və işgüzar əlaqələrinə dair açıq etiraflar edib.

Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.

Epşteynlə əlaqələr və fonddakı məsuliyyət

Bill Geyts Ceffri Epşteynlə ünsiyyətini "böyük səhv" adlandırıb və fond işçilərindən üzr istəyib, həmçinin şəxsi həyatındakı bəzi məsələləri də ilk dəfə açıqlayıb. Geyts vurğulayıb ki, fondun rəhbər işçilərinin Epşteynlə görüşlərdə iştirak etməsi düzgün olmayıb və bu onun şəxsi səhvinin nəticəsi idi: "Mən səhvim ucbatından bu hekayətə cəlb olunanlardan üzr istəyirəm".

O, Epşteynlə tanışlığının 2011-ci ildə başladığını etiraf edib, həmin dövrdə Epşteynin əvvəlki cinayəti - azyaşlıların fahişəliyə cəlb olunması barədə məlumatlı olduğunu bildirir. Geyts izah edib ki, məqsəd qlobal səhiyyə təşəbbüslərinə maliyyə cəlb etmək olub və bu niyyətlə Epşteynlə görüşlər davam edib. Hətta 2013-cü ildə həyat yoldaşı Melinda Frenm Geyts bu əlaqədən narazılığını bildirsə də, görüşlər 2014-cü ilə qədər davam edib. Bu etirafla Bİll həm öz səhvini, həm də Melindanın haqlı olduğunu qəbul edib.

Qeyri-rəsmi əlaqələr və şəxsi etiraflar

Toplantıda Bİll Geyts iki qeyri-rəsmi əlaqəsini də etiraf edib. Hər iki qadın rusiyalı olub: biri bric oyunu üzrə professional, digəri isə nüvə fizikası sahəsində çalışan mütəxəssisdir. Geyts açıqlayıb ki, Epşteyn bu məlumatdan təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Eyni zamanda, yayılan şəkillərdə görünən qadınların Epşteynin qurbanları olmadığını, sadəcə onun köməkçiləri olduğunu qeyd edib. Geyts bildirib ki, heç vaxt qanunsuz hərəkətlər etməyib, Epşteynin məşhur özəl adasına getməyib və onun yanında gecələməyib.

Açıq etirafın nəticələri və ictimai imic

Geytsin etirafları həm işçilər, həm də ictimaiyyət qarşısında ciddi rezonans doğurub. O, toplantıda bütün suallara dürüst cavab verərək yaranmış vəziyyətdən gələcək layihələr üçün minimal zərər yaratmağa çalışıb. Etirafların ardından Geyts artıq ictimai fəaliyyətini də məhdudlaşdırmağa başlayıb: məsələn, Hindistanda keçiriləcək süni intellekt sammitindəki əsas çıxışını son anda ləğv edib. Analitiklər bildirir ki, bu addım milyardçının həm fonddakı həmkarları, həm də beynəlxalq ictimaiyyət qarşısında etimadını qorumaq cəhdidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər