Dünya
86
20:50, Bu gün

"Orban ilk dəfə olaraq hakimiyyətini itirmək təhlükəsi ilə üz-üzədir" - "Politico"

"Qarşıdalı seçkilər Macarıstanın demokratik institutları və Avropa ilə strateji əlaqələrinin gələcəyi üçün sınaq rolunu oynayır..."

Macarıstanda apreldə keçiriləcək seçkilər ərəfəsində "Tisa" müxalifət partiyası Orbanın "Fides"inə qarşı üstünlük qazanır.

Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.

Viktor Orban artıq 16 ildir ki, Macarıstana rəhbərlik edir və millətçi "Fides" partiyasının lideridir. Bu uzun hakimiyyət dövründə demokratik institutların zəifləməsi, mətbuat üzərində nəzarət və seçki sisteminə müdaxilə tənqidlərin hədəfi olub. Lakin 2026 seçkiləri öncəsi yeni siyasi dinamika yaranıb.

Belə ki, keçmiş "Fides" üzvü Peter Madyarın yaratdığı "Tisa" partiyası sürətlə dəstək qazanır. Sorğulara görə, müəyyən edilmiş seçicilər arasında "Tisa" 55% faiz, Orban isə 35 faiz dəstəyə malikdir. Qərarsız seçicilər nəzərə alınanda, fərq bir qədər azalır: "Tisa" 42 faiz, Orban isə 31 faiz səviyyəsindədir. Bu nəticələr Orbanın uzun illər qoruduğu hakimiyyətə qarşı ilk real təhdidi göstərir.

Xarici siyasət və daxili strategiyalar

Orbanın kampaniyası əsasən xarici siyasət və enerji məsələlərinə yönəlib. O, ölkəyə əsas təhlükənin iqtisadi durğunluq və Rusiyadan deyil, Kiyevdən gəldiyini vurğulayır və Avropa İttifaqının Ukraynaya dəstək xəttinə qarşı çıxır. Hökumətin plakatlarında Ukrayna prezidenti Zelenski mənfi obrazda təqdim olunur, bu isə seçicilərin emosional reaksiyasını hədəfləyir. 

Eyni zamanda Orban Rusiya ilə enerji əlaqələrini qoruyub saxlayır və bunu strateji pragmatizm kimi izah edir. ABŞ-ın sabiq prezidenti Donald Trampın dəstəyi onun siyasi nüfuzunu artırsa da, sorğuların nəticələrinə hələ ciddi təsir göstərməyib. Bu yanaşma həm ölkənin enerji təhlükəsizliyi, həm də Avropa ilə strateji əlaqələrin gələcəyi baxımından önəmlidir.

Müxalifətin yüksəlişi və seçki öncəsi mübarizə

Peter Madyarın "Tisa" partiyası sosial ədalət, qiymət artımları və korrupsiyaya qarşı mübarizə mövzularına fokuslanır. Madyar Avropa İttifaqı ilə əlaqələri gücləndirməyi və ölkədə institutların balansını bərpa etməyi vəd edir. 

Uşaqlara qarşı cinsi zorakılıq işi ilə bağlı qalnaqallar hökumətin nüfuzunu sarsıdıb və müxalifətin mövqeyini gücləndirib. Seçkilər yalnız Orbanın siyasi gələcəyi üçün deyil, həm də Macarıstanın demokratik institutları və Avropa ilə strateji əlaqələrinin gələcəyi üçün sınaq rolunu oynayır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər