Almaniya və Çin Ukraynadakı münaqişənin BMT Nizamnaməsi əsasında başa çatmasını dəstəkləyib
Dünya
61
19:57, Bu gün

Almaniya və Çin Ukraynadakı münaqişənin BMT Nizamnaməsi əsasında başa çatmasını dəstəkləyib

Almaniya kansleri Fridrix Merts və Çin sədri Si Cinpin Pekində keçirilən görüş zamanı BMT Nizamnaməsinin prinsipləri əsasında Ukraynada atəşkəsin təmin edilməsi və davamlı sülhə nail olunması istiqamətində səyləri dəstəklədiklərini təsdiqləyiblər.

Moderator.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə onların Pekindəki görüşün yekunlarına dair birgə bəyanatında bildirilib.

Mətndə vurğulanıb ki, Almaniya və Çin BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərini qlobal əməkdaşlığın əsası hesab edirlər. Bundan əlavə, ölkələr BMT-nin statusunu qorumağa, beynəlxalq məsələlər üzrə açıq dialoqu dəstəkləməyə, çoxtərəfli yanaşmaya və azad ticarət prinsiplərinə sadiq qalmağa hazır olduqlarını bildiriblər.

İqtisadi əməkdaşlığa, iqlim təşəbbüslərinə, yaşıl keçidə, mədəni və humanitar mübadilələrin inkişafına xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, Almaniya vahid Çin siyasətini təsdiqləyir, hər iki ölkə iqtisadi və texnoloji məsələləri uzunmüddətli, balanslaşdırılmış və dayanıqlı münasibətlər dialoqu yolu ilə həll etməyə hazır olduqlarını bildirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər