Dünya
173
19:55, Bu gün

"Meksikanın Xalisko ştatında xüsusi əməliyyat zamanı öldürülən narkobaron El Menço kim idi?" - BBC

"El Menço "Xaliskonun yeni nəsli" kartelini idarə edərək Meksikada geniş narkotik şəbəkəsi qurub və zorakılığı ilə tanınıb..."

Xəbər verildiyi kimi, meksikalı narkotacir Nemesio Osegera Servantes (tanınmış ləqəbi -  El Menço) bazar günü Xalisko ştatının Tapalpa bölgəsində hərbi əməliyyat zamanı öldürülüb. Əməliyyat nəticəsində bölgədə silahlı qarşıdurmalar baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Cinayətkar imperiyanın yüksəlişi və sonu

El Menço 59 yaşında Meksikanın ən sərt və geniş yayılmış cinayət təşkilatlarından biri olan "Xaliskonun yeni nəsli" kartelinin (CJNG) rəhbəri olub. Ötən ilin əvvəlində ABŞ hökuməti bu karteli terror təşkilatı kimi tanıyıb. O, həm Meksikada, həm də ABŞ-da ən çox axtarılan narkobarunlardan biri idi. 

2020-ci ildə ABŞ Narkotiklərlə Mübarizə İdarəsi onu ən çox axtarılan cinayətkarlar siyahısına daxil edib və onu tutmaq üçün 15 milyon dollar mükafat elan edib. ABŞ-ın hazırkı hökuməti də CJNG-ni qitədə qarşı mübarizə aparılacaq terror təşkilatları siyahısına daxil edib. Bu addım ABŞ agentlərinin kartellərlə bağlı işləri araşdırmaq tərzini dəyişib: əvvəllər ABŞ vətəndaşlarına təhlükə mövcudluğu sübut olunmalı idisə, indi CJNG ilə hər hansı əlaqə artıq araşdırma üçün əsas sayılır.

El Mençonun həyat yolu və kriminal yüksəlişi

Nemesio Osegera Servantes həmçinin Nemesio Osegera Ramos və ya Ruben Osegera Servantes kimi tanınır, bir neçə ləqəbi var: El Menço və "Senyor de los Qallos". Təxminən Uruapan və ya Agilye bölgəsində, Miçoakanın Tyerra Kaliyente zonasında anadan olub. 1980-ci illərdə ABŞ-a miqrasiya edib. Kaliforniyada kiçik cinayətlərə görə bir neçə dəfə həbs olunub, lakin 1990-cı illərin əvvəllərində narkotik satışı ilə məşğul olmağa başlayıb və deportasiya edilib. 

Meksikaya qayıtdıqdan sonra yerli polisə qəbul olunub, sonra isə "Valensiya" karteli liderlərindən biri olan narkobaron Armando Valensiya Kornelionun (tanınmış adı El Maradona)  qoruyucusu olub. 2010-cu ildə rəqib kartelin bir liderinin ölümündən sonra El Menço və əmisoğlu Abiqael Qonsales Valensiya (El Kuini) onun strukturlarını miras alıb və CJNG kartelini formalaşdırıb.

CJNG-nin böyüməsi və sərt üsulları

CJNG yerli bandadan Meksikanın Xalisko və Kolima ştatlarında böyük bir təşkilata çevrilib və ölkə ərazisinin yarısından çoxunda təsirini göstərib. Əsas biznesi ABŞ və Avropada amfetaminlərin satışına bağlı olub, eyni zamanda Asiyada narkotik ticarəti ilə əlaqələri aşkarlanıb.

Kartelin sürətli yüksəlişini bir neçə amil izah edir: rəqib liderlərin həbs olunması və ya yoxa çıxması, maliyyə ekspertləri və kimyaçıların cəlb edilməsi, yeni sintetik narkotik qarışıqlarının hazırlanması. CJNG həm də sərt zorakılığı ilə tanınıb - kartel lideri El Menço uzun illər təhlükəli və güclü qüvvələrə rəhbərlik edib, rəqib qrupların dağıdılması nəticəsində hakimiyyətini möhkəmləndirib.

Maliyyə maraqları və son illər

El Menço və CJNG-nin maraqları yalnız narkotik ticarəti ilə məhdudlaşmayıb. Kartel heyvandarlıq, kənd təsərrüfatı və tikinti bizneslərini istifadə edərək gəlirləri pul yuma kanallarına çevirib. CJNG həmçinin yerli hakimiyyət orqanları və gömrük əməkdaşlarını rüşvətləndirmək bacarığı ilə məşhurdur, bu da onları sintetik narkotik istehsalında istifadə olunan prekursorları ölkəyə gətirməkdə asanlaşdırıb. Qərb Meksikasında kiçik və orta biznesdən qorxu və hədə-qorxu yolu ilə də gəlir əldə ediblər.

2022-ci ildən etibarən El Mençonun sağlamlığı haqqında şayiələr yayılsa da, kartelin gündəlik əməliyyatlarına birbaşa rəhbərlik etmədiyi bildirilir. Onun oğlu Ruben Osegera Qonsales 2020-ci ildə ABŞ-a ekstradisiya olunub və bu, CJNG üçün ən ciddi zərbələrdən biri hesab olunub. Nəticədə, El Menço Xalisko əməliyyatında öldürülənə qədər kartelin rəhbərliyində olsa da, təşkilatın strukturunda artıq digər şəxslərin önə çıxması müşahidə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər