Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb
Dünya
94
19:50, Bu gün

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

Londonda ilk Ukrayna dron istehsalı zavodu - "Ukrspecsystems" şirkətinin istehsal kompleksi fəaliyyətə başlayır.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı öz "Telegram" kanalında məlumat yayıb.

Səfir qeyd edib ki, ukraynalı mühəndislər real döyüş təcrübəsinə əsaslanan həllər yaradır, sistemləri nəzəriyyəyə görə yox, cəbhədə tətbiqinin nəticələrinə görə təkmilləşdirirlər.

"Buna görə də istehsalın Böyük Britaniyada işə salınması dərin strateji məna kəsb edir. Bu, ağırlıq mərkəzinin Ukraynadan köçürülməsi deyil, birgə imkanlarımızın genişləndirilməsi və istehsalın fasiləsizliyini təmin edən ikinci dayanıqlılıq konturunun yaradılmasıdır. Biz mühəndislik ekspertizası mərkəzini Ukraynada saxlayırıq, istehsalı isə Britaniya müdafiə məkanına inteqrasiya edirik. Tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə çıxarırıq, burada müttəfiqlər nəinki bir-birini dəstəkləyir, həm də ümumi sənaye təhlükəsizliyi bazası yaradırlar", - Zalujnı deyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər