ABŞ-də miqrantlara qarşı yeni təşəbbüs - Bank müştərilərinin vətəndaşlığı yoxlanıla bilər
Dünya
91
19:45, Bu gün

ABŞ-də miqrantlara qarşı yeni təşəbbüs - Bank müştərilərinin vətəndaşlığı yoxlanıla bilər

ABŞ Prezidenti Donald Trampın Administrasiyası banklardan müştərilərinin vətəndaşlığı haqqında məlumat toplamağı tələb edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri özəl mənbələrinə istinadən məlumat verib.

Qeyd edilib ki, bu, Trampın qanunsuz immiqrantlara qarşı tədbirlərin sərtləşdirilməsi kampaniyasında növbəti addım olacaq:

"Ölkədəki banklar "çirkli pullar"ın yuyulması və digər cinayətlərin qarşısının alınması üçün "öz müştərini tanı" qaydaları çərçivəsində müəyyən məlumatlar toplamalıdırlar. Buraya daha çox pasport məlumatlarının və sosial təminat nömrələrinin əldə edilməsi daxildir. Lakin bu qaydalar konkret vətəndaşlıq haqqında məcburi məlumat toplanmasını tələb etmir və banklar bu informasiyaları hökumətə ötürmür.

Bundan əlavə, ABŞ ölkə vətəndaşı olmayan şəxslər üçün bank hesablarının açılmasına qadağa yoxdur.

Hazırda Maliyyə Nazirliyi tərəfindən araşdırılan təşəbbüsə görə, kredit təşkilatları yeni kateqoriyalı sənədlərin təqdim olunmasını tələb edəcəklər. Bu sənədlərə ölkədə hesablarını mühafizə etmək istəyən həm təzə, həm də mövcud müştərilərin vətəndaşlığını sübut edən pasportları da daxil olacaq".

WSJ yazır ki, bu müzakirələr banklar arasında narahatlıq doğurub və onlar təşəbbüsün hüquqi əsasını şübhə altına alırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər