19:34
6°C
Bakı
Mart ayında Cənubi Koreya və ABŞ "Freedom Shield" ("Azadlıq qalxanı") adlı illik birgə hərbi təlimlər keçirəcəklər.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi və ölkədəki ABŞ hərbi komandanlığına istinadən məlumat verib.
Bildirilib ki, təlimlər 9-19 mart tarixlərində keçiriləcək və "Döyüşçü qalxanı" adlı səhra manevrlərini, eləcə də döyüş əməliyyatlarının kompüter modelləşdirilməsini əhatə edəcək. Agentliyin mənbələri vurğulayıblar ki, səhra təlimlərinin miqyasının 2025-ci illə müqayisədə daha kiçik olacağı ehtimal edilir. Bu qərar Cənubi Koreya hakimiyyətinin Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmaq niyyəti ilə əlaqələndirilir.