ABŞ Günəş panellərinə yüksək rüsum tətbiq etdi
Dünya
68
18:17, Bu gün

ABŞ Günəş panellərinə yüksək rüsum tətbiq etdi

ABŞ Hindistandan gələn Günəş panelləri tədarükünə ilkin olaraq 126 faizlik tarif tətbiq edib.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

ABŞ İndoneziyadan idxal olunan Günəş panellərinə 86%-dən 148%-ə, Laosdan isə 81%-ə qədər tarif tətbiq edib. Bu addımın həmin ölkələrin məhsullarını ABŞ istehsalçılarından ucuz satmasının qarşısını almaq və daxili bazarda ədalətli rəqabəti təmin etmək üçün atıldığı bildirilir.

Tariflərin artırılması həmçinin yüksəkmaaşlı iş yerlərinin yaradılmasına xidmət edir.

2025-ci ilin ilk yarısında ABŞ-nin Günəş modulu idxalının 57%-ni Hindistan, İndoneziya və Laos məhsulları təşkil edib. Yeni tariflər Hindistanın idxalını praktik olaraq məhdudlaşdıracaq. 2024-cü ildə Hindistandan idxal olunan Günəş panellərinin dəyəri 792.6 milyon dollar olub ki, bu da 2022-ci illə müqayisədə ikiqat çoxdur.

Qeyd edə ki, ABŞ Prezidenti Donald Trampın 150 gün müddətinə bütün idxala 10% tarif tətbiq edən sərəncamı qüvvəyə minib. Nəticədə Hindistan və ABŞ arasında müvəqqəti ticarət müqaviləsinin yekunlaşması mart ayına təxirə salınıb. Bu ayın əvvəlində hər iki ölkə ticarət sazişinin birinci mərhələsini başa çatdırıb, müddəalar artıq hüquqi sənədə çevrilməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər