İraqda dəhşətli zəncirvari qəza: Səkkizi hərbçi olmaqla 13 nəfər öldü
Dünya
106
17:50, Bu gün

İraqda dəhşətli zəncirvari qəza: Səkkizi hərbçi olmaqla 13 nəfər öldü

İraqın qərbindəki Ənbar əyalətində beynəlxalq magistral yolda baş verən zəncirvari qəza nəticəsində səkkizi hərbçi olmaqla 13 nəfər ölüb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, dəhşətli qəzada daha beş nəfər isə yaralanıb.

Məlumata görə, üç nəqliyyat vasitəsinin toqquşduğu qəza Bağdaddan təxminən 50 kilometr qərbdə yerləşən Fəllucə şəhəri yaxınlığında yüksək sürət səbəbindən baş verib.

İraq Müdafiə Nazirliyi qəza zamanı səkkiz hərbçinin və beş mülki şəxsin həlak olduğunu təsdiqləyib.

Hadisə şahidlər bildiriblər ki, zəncirvari qəza nəticəsində baş verən yanğında nəqliyyat vasitələri tamamilə yanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər