17:58
6°C
Bakı
Polşanın paytaxtı Varşava şəhərinin metrosunda potensial müharibə hazırlıqları görülür.
Moderator.az-ın xəbərinə görə, buna dair hazırlıqlar barədə şəhər meri Rafal Tşaskovski öz "Facebook" hesabında məlumat verib.
Merin sözlərinə görə, metrodan çox sayda insanın sığınacaq kimi yararlanmasına zərurət olacağı ehtimalı nəzərə alınaraq, burada maddi ehtiyat anbarlarının yaradılmasına başlanılıb.
"Metro həm də bizim təhlükəsizliyimiz üçün əsas infrastrukturdur", - deyə Rafal Tşaskovski vurğulayıb.