Avstraliya İsrail və Livandakı diplomatlarının ailə üzvlərini təxliyə edir
Dünya
89
16:56, Bu gün

Avstraliya İsrail və Livandakı diplomatlarının ailə üzvlərini təxliyə edir

Avstraliya hökuməti Yaxın Şərqdə gərginliyin artması fonunda İsrail və Livanda fəaliyyət göstərən diplomatlarının ailə üzvlərinin təxliyə edilməsi barədə sərəncam verib.

Bu barədə Moderator.az xarici KİV-nə istinadən xəbər verir.

Avstraliyanın Təl-Əviv və Beyrutdakı səfirlikləri fəaliyyətini davam etdirəcək. Eyni zamanda, vətəndaşlara İsrail, Livan və İrana səfər etməməklə bağlı mövcud tövsiyə dəyişməz olaraq qalır. Həmçinin, bu ölkələrdə olan avstraliyalılara oranı ən qısa zamanda tərk etmələri tövsiyə olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər