Ukrayna və ABŞ nümayəndə heyətləri fevralının 26-da görüşəcəklər.
Moderator.az NV-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.
Məlumata görə, görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff iştirak edəcəklər.
İkitərəfli danışıqlarda ABŞ-nin maliyyə naziri Skott Bessent və Donald Trampın kürəkəni Cared Kuşnerin də iştirakı gözlənilir.
Umerovun mətbuat katibi Diana Davityan görüşün İsveçrənin Cenevrə şəhərində keçiriləcəyinə aydınlıq gətirib.
Onun sözlərinə görə, danışıqların əsas mövzuları Ukraynanın bərpası paketi və Rusiyanın iştirakı ilə üçtərəfli görüşə hazırlıqdır.
Ukrayna tərəfinin fikrincə, üçtərəfli görüş martın əvvəlində baş tuta bilər.
Bundan əlavə, Umerov görüş çərçivəsində əsirlərin mübadiləsi məsələsini də müzakirə edəcək. Məlumata görə, Zelenski bu istiqamətdə ona ayrıca tapşırıq verib.