Bizi sosial şəbəkələrdən izləyin:
Polşa Prezidenti Karol Navrotskinin ofisindəki kassadan 500 min zlotidən (təxminən 141 min dollar - red.) artıq məbləğdə pul oğurlanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" məlumat yayıb.
Prokuror Pyotr Skiban mediaya bildirib ki, ilk şahidlər artıq dindirilib: "Dəymiş ziyanın dəqiq məbləği və zərərçəkənlərin sayı müəyyənləşdirilir".
O, istintaq sirrini əsas gətirərək hadisənin təfərrüatını açıqlamayıb.
Məlumata görə, hadisədə Prezident Administrasiyasının bir neçə əməkdaşının iştirakı da ehtimal olunur.