Bill Qeyts bu ölkənin qızları ilə arvadına xəyanət edirmiş - Özü etiraf etdi
Dünya
119
13:45, Bu gün

Bill Qeyts bu ölkənin qızları ilə arvadına xəyanət edirmiş - Özü etiraf etdi

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts seksual cinayətlərə görə məhkum edilmiş Ceffri Epşteynlə əlaqələrinə görə öz xeyriyyə fondunun əməkdaşlarından üzr istəyib. Ümumi yığıncaq zamanı milyarder həmçinin həyat yoldaşına xəyanət etdiyini də etiraf edib və rusiyalı müxtəlif qadınlarla münasibətlər yaşadığını bildirib.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" nəşri məlumat verib.
 
"Mən heç bir qanunazidd hərəkət etməmişəm. Epşteynlə vaxt keçirmək böyük səhv idi. Rusiyalı bric oyunçusu ilə münasibətdə idim, həmçinin işdə tanış olduğum rusiyalı nüvə fiziki ilə də isti münasibətimiz olub", - deyə o bildirib.
 
Bill Qeyts əlavə edib ki, bu qadınların Epşteynin qurbanlarına aidiyyəti yoxdur. O bəyan edib ki, hər hansı bir şəkildə Epşteynin cinayətlərində əli yoxdur və heç vaxt onun çevrəsindən olan qadınlarla vaxt keçirməyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər