ABŞ səfiri söz verdi: Fransanın daxili işlərinə qarışmayacağam
Dünya
92
24 Feb 2026 | 23:54

ABŞ səfiri söz verdi: Fransanın daxili işlərinə qarışmayacağam

ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşner çərşənbə axşamı Fransa xarici işlər naziri Jan-Noel Barroya zəng edərək ölkənin daxili işlərinə qarışmayacağına söz verib.

Moderator.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Kuşner fevralın əvvəlində Fransada 23 yaşlı sağçı fəal Kventin Derenkinin öldürülməsinə sərt reaksiya verib. Buna görə də, iki ölkə arasında yeni diplomatik mübahisə yaranıb.

Fransa dəfələrlə bildirib ki, onun işlərinə müdaxilə etmək və faciədən siyasi məqsədlər üçün istifadə etmək cəhdlərinə dözməyəcək.

Barro daha əvvəl bildirmişdi ki, Kuşner yalnız ən əsas diplomatik normalara əməl etməməsi ilə bağlı izahat verdikdən sonra vəzifəsinə qayıda bilər.

Fransanın Lion şəhərində hücuma məruz qaldıqdan sonra həyatını itirən milliyyətçi fəal Kventin Derankın ölümündən sonra bir neçə şəhərdə ultrasağçılar aksiya keçiriblər.

Link kopyalandı!
Son xəbərlər