Vaşinqton Venesuela neftini Rusiya neftinə alternativ kimi nəzərdən keçirir
Dünya
120
24 Feb 2026 | 23:45

Vaşinqton Venesuela neftini Rusiya neftinə alternativ kimi nəzərdən keçirir

Vaşinqton Venesuela enerji ehtiyatlarının qlobal bazara qaytarılmasını ölkələrin Rusiya tədarükündən asılılığını azaltmaq strategiyasının bir hissəsi kimi görür.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Ceykob Helberq "RİA Novosti"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ strategiyası Rusiyaya maksimum təzyiq göstərməyi, Rusiyadan kənarda enerji resurslarının, xüsusən də Venesuela neftinin qlobal tədarükünün genişləndirilməsini nəzərdə tutur.

Helberq qeyd edib ki, Konqresin hər iki palatası Prezident Trampa Rusiya ilə enerji ticarətini dəstəkləyən ölkələrə 500 faiz tarif tətbiq etmək səlahiyyəti verib.

Link kopyalandı!
Son xəbərlər