00:00
6°C
Bakı
“Trampın bu il iyulun 4-dək Ukraynadakı müharibəni bitirmək istədiyi barədə məlumat mənim üçün yenidir. Amma əgər bu doğrudursa, mən tamamilə bunun tərəfdarıyam”.
Moderator.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna-Skandinaviya və Baltikyanı ölkələr sammiti zamanı deyib.
“Ukrayna həmişə ABŞ-ın müharibəni mümkün qədər tez bitirmək istəyini dəstəkləyir. 4 iyul tarixinə, ABŞ və ya Prezident Trampın müharibəni bitirmək istəməsinə gəlincə, mən bunu yalnız ABŞ prezidenti desə dəstəkləyə bilərəm. Bu, mənim üçün yeni məlumatdır", - o vurğulayıb.