BAFTA-da qalmaqal: Münsiflər heyətinin üzvü istefa verdi
Dünya
47
23:20, Bu gün

BAFTA-da qalmaqal: Münsiflər heyətinin üzvü istefa verdi

BAFTA mükafatının münsiflər heyətinin üzvü Konte Riçardson istefa verdiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib.

Riçardson istefasının 2026-cı il mükafat mərasimində baş vermiş insidentlə bağlı olduğunu bildirib. Belə ki, mərasim zamanı şotlandiyalı fəal Con Devidson qaradərili aktyorlar Maykl B.Cordan və Delroy Lindoya mükafat təqdim edərkən "N" hərfi ilə başlayan irqçi ifadə səsləndirib.

Məlumata görə, Devidson Turet sindromundan əziyyət çəkir. Bu xəstəlik zamanı insanın iradəsindən asılı olmayaraq müxtəlif səslər və sözlər səsləndirməsi mümkündür.

Riçardson qeyd edib ki, təşkilat yayımın iki saatlıq gecikmə ilə efirə verilməsinə baxmayaraq, insidenti montaj etməyib və buna görə üzr istəməyib. Onun sözlərinə görə, belə bir vəziyyətdə BAFTA ilə əməkdaşlığı davam etdirmək yolverilməzdir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər