Gürcüstan Prezidenti: Abxaz və osetinlərlə vahid dövlətdə birgə yaşamaq istəyirik
Dünya
53
23:10, Bu gün

Gürcüstan Prezidenti: Abxaz və osetinlərlə vahid dövlətdə birgə yaşamaq istəyirik

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkənin sülh siyasətinin əsas məqsədinin Abxaziya və Tsxinvali bölgələrində yaşayan əhali ilə vahid Gürcüstan çərçivəsində birgə yaşamaq olduğunu bəyan edib.

Moderator.az xəbər verir ki, dövlət başçısı bu fikirləri Gürcüstanın Birinci Kanalında yayımlanan "Maka Tsintsadze ilə aktual mövzular" verilişində səsləndirib.

Prezident bildirib ki, hazırda Gürcüstan ərazisinin bir hissəsi işğal altında olsa da, ölkə müstəqil və suveren dövlətdir: "Abxaz və osetinlərlə vahid dövlətdə birgə yaşamaq istəyirik".

Onun sözlərinə görə, rəsmi Tbilisinin həm beynəlxalq platformalarda, həm də abxaz və osetin icmalarına münasibətdə elan etdiyi sülh siyasəti səmimi və açıq xarakter daşıyır.

Kavelaşvili vurğulayıb ki, Gürcüstan vahid dövlət çərçivəsində birlikdə yaşamaq niyyətindədir və bu istiqamətdə səylərini davam etdirəcək. Prezident qeyd edib ki, gürcülər, abxazlar və osetinlər arasında ortaq tarix və uzun illərə dayanan münasibətlər mövcuddur.

O, gələcəkdə ölkənin birləşəcəyinə ümid etdiyini bildirib və bu məqsədin konkret addımlarla sübut ediləcəyini deyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər