Meksika təminat verdi: Çempionat plan üzrə keçiriləcək
Dünya
60
23:00, Bu gün

Meksika təminat verdi: Çempionat plan üzrə keçiriləcək

Meksika Prezidenti Klaudiya Şeynbaum ölkədə narkokartellərlə davam edən qarşıdurmalar fonunda 2026-cı il futbol üzrə Dünya Çempionatı zamanı qonaqlar üçün heç bir təhlükə olmadığını bildirib.

Moderator.az "Gazeta.Ru"ya istinadən xəbər verir ki, K.Şeynbaum bu barədə mətbuat konfransında danışıb.

"Bütün təminatlar mövcuddur, heç bir təhlükə yoxdur", - deyə prezident vurğulayıb.

Fevralın 22-də "Yeni Nəsil Xalisko" kartelinin rəhbəri Ruben Nemesio Osegra Servantesin saxlanıldığı açıqlanıb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb.

Fevralın 24-də bəzi KİV-lər qarşıdurmalar səbəbindən DÇ-2026 oyunlarının Meksikadan köçürülə biləcəyi barədə məlumat yayıb. Bildirilir ki, FIFA müxtəlif ssenariləri nəzərdən keçirir.

2026-cı il dünya çempionatının ABŞ, Meksika və Kanadada 11 iyun - 18 iyul tarixlərində keçirilməsi planlaşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər