Meksika Prezidenti Maskı məhkəməyə verəcək
Dünya
40
22:35, Bu gün

Meksika Prezidenti Maskı məhkəməyə verəcək

Meksika Prezidenti Klaudiya Şeynbaum amerikalı sahibkar İlon Maskı liderin kartellərlə əlaqələri barədə şərhlərinə görə məhkəməyə verməyə hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə Şeynbaum jurnalistlərə açıqlamasında bildirib.

"Bunu vəkillər edir", - Meksika lideri qeyd edib.

Qeyd edək ki, Mask daha öncə sosial mediada Şenibaum haqqında "o, sadəcə kartel rəhbərlərinin dediklərini deyir" şərhini yazıb.

Meksikanın Xalisko ştatında ölkənin ən güclü narkotik kartellərindən biri olan "Xalisko" (CJNG) təşkilatının lideri Nemesio Oseguera Servantes (El Menço) təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı zamanı öldürülüb. Onun sui-qəsd xəbərindən sonra Xaliskoda və ən azı səkkiz digər ştatda iğtişaşlar başlayıb, kartel üzvləri yolları bağlayıb, maşınları yandırıb və mağazaları talan ediblər. Hakimiyyət orqanları gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər