Vuçiç özünə və ailəsinə qarşı sui-qəsd hazırlığı barədə məlumatı təsdiqləyib
Dünya
45
22:30, Bu gün

Vuçiç özünə və ailəsinə qarşı sui-qəsd hazırlığı barədə məlumatı təsdiqləyib

Serbiya Prezidenti Aleksandr Vuçiç ailəsinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfərin həbsindən xəbərdar olduğunu bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "Politika" yazıb.

Vuçiç bu sui-qəsdi kimin planlaşdırdığını bilmədiyini, lakin hazırlıq işlərini təsdiqləyən videoyazının mövcud olduğunu bildirib.

Nəşr yazıb ki, mövcud sübutlara əsasən, əvvəlcə onun oğluna, daha sonra isə özünə və xanımına hücum planlaşdırılıb.

Serbiya Daxili İşlər Nazirliyinin, Cinayət Polisi İdarəsinin, Cinayətkarlıqla Mübarizə Xidmətinin, Təhlükəsizlik və İnformasiya Agentliyinin (Serbiya xüsusi xidmət orqanı) əməkdaşları Serbiyanın Kralevo şəhər polisi ilə birgə fevralın 23-də xüsusi əməliyyat nəticəsində cinayət əməlinin hazırlanmasında iştirakı barədə məlumatlar əsasında həmin şəhərin iki sakinini saxlayıblar.

Serbiyanın hüquq-mühafizə orqanlarında olan məlumatlara görə, həmin şəxslər prezidentin ailəsinə, eləcə də DİN əməkdaşlarına hücum etmək məqsədilə silah əldə etmək niyyətində olublar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər