Luvrun ilk qadın rəhbəri istefa verib
Dünya
62
22:20, Bu gün

Luvrun ilk qadın rəhbəri istefa verib

Luvr muzeyinin direktoru Lorans de Kar Fransa Prezidenti Emmanuel Makrona istefa ərizəsini təqdim edib.

Moderator.az xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən "Agence France-Presse" (AFP) məlumat yayıb.

Agentlik qeyd edib ki, dövlət başçısı bu ərizəni qəbul edib.

Bildirilib ki, Lorans de Kar Parisin əsas muzeyinin ilk qadın direktoru olub. O, bu vəzifəni 2021-ci ildə tutub. Agentlik onu kimin əvəzləyə biləcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, son vaxtlar muzey bir sıra çətinliklərlə, o cümlədən 2025-ci ilin oktyabrında baş vermiş qalmaqallı soyğunçuluq, bəzi zalların su basması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edən personalın davamlı tətilləri ilə üzləşib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər