22:42
6°C
Bakı
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri İŞİD-in bir bölməsini zərərsizləşdirib.
Moderator.az xəbər verir ki, bu barədə “Syria TV” televiziyası hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, zərərsizləşdirilmiş silahlılar ölkənin şimal-şərqindəki Raqqa əyalətində nəzarət-buraxılış məntəqəsinə hücumda şübhəli bilinirdi.
Əməliyyatın təfərrüatları ilə bağlı məlumat verilməyib.