İranda tələbələr etiraza qalxdıIar: İslam Respublikasının bayrağı yandırıldı - VİDEO
Dünya
77
22:10, Bu gün

İranda tələbələr etiraza qalxdıIar: İslam Respublikasının bayrağı yandırıldı - VİDEO

"İran ətrafında vəziyyətin son dərəcə gərginləşdiyi və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlayacağı ilə bağlı ehtimalların gücləndiyi bir şəraitdə ölkənin daxilində də ciddi hadisələr baş verir. Belə də demək olar: daha önəmli proseslər məhz İranın daxilində cərəyan edir! Bu baxımdan İran hakimiyyətinin yuxarı eşelonundakı dəyişikliklər və post-Xamenei dövrünə hazırlıqlara dəlalət edən məlumatlarla yanaşı, artıq üç gündür ölkənin aparıcı universitetlərini bürüyən tələbə etirazlarını xüsusi qeyd etmək lazımdır".

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"Etirazlar ötən şənbə günü, fevralın 21-də Tehrandakı Əmir-Kəbir Universitetindən başlayıb, çox keçmədən digər universitetlərə və şəhərlərə də yayılıb. Önəmli məqam budur ki, həmin gün universitetlərdə yeni semestrin başlanğıcı olmaqla yanaşı, yanvar etirazlarında həlak olanların qırxına təsadüf edib. Universitet rəhbərləri hakimiyyət orqanları ilə birlikdə əvvəlcə tələbələrin keçirdiyi anım mərasimlərinin qapalı məkanda baş tutmasına çalışıblar, lakin tezliklə tələbələr açıq havaya çıxaraq hakimiyyət əleyhinə son etirazlardan bəlli olan müxtəlif şüarlar səsləndiriblər.

Belə olduqda, hakimiyyət etiraz aksiyalarının genişlənməsinin qarşısını almaq üçün "B" planını işə salıb: bir tərəfdən, hakimiyyəti dəstəkləyən və müvafiq şüarlar səsləndirən tələbə qrupları meydana çıxarılıb və beləliklə, tələbələr üz-üzə qoyulub; digər tərəfdən isə, "Bəsic" qüvvələri universitet şəhərciklərinə cəlb olunub və etirazların lokallaşdırılmasına cəhd edilib", - deyə materialda qeyd edilib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər